İstanbul-Gəncə istiqamətində birbaşa aviareyslər başlayır - ŞAD XƏBƏR

Türkiyənin milli aviadaşıyıcısı "Türk Hava Yolları" (THY) şirkəti İstanbul-Gəncə istiqamətində mayın 15-dən etibarən birbaşa aviareyslərə başlayır. ONN media bildirir ki, bu barədə şirkətdən bildirilib. Məlumata görə, aviareyslər həftədə iki dəfə olmaqla çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək. Qeyd edək ki, "Türk Hava Yolları" hazırda İstanbul-Bakı, Ankara-Bakı istiqamətində birbaşa aviareyslər həyata keçirir. Xatırladaq ki, hazırda THY 226 istiqamət üzrə aviareyslər həyata keçirir.