Vahid Ələkbərov oğlunu "Spartak" rəhbərliyinə gətirdi

Vahid Ələkbərov oğlunu "Spartak" rəhbərliyinə gətirdi


Moskvanın “Spartak” futbol klubunun direktorlar şurasında dəyişikliklər olub.

ONN media  xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, səhmdarların ümumi yığıncağının qərarı ilə Zarema Salihova və Yusif Ələkbərov idarə heyətinə daxil edilib. Sergey Mixaylov klubun rəhbər heyətini tərk edib. Qeyd edək ki, Yusif Ələkbərov “Lukoil” şirkətinin rəhbəri, “Spartak” futbol klubunun sahibi Vahid Ələkbərovun oğludur.
Geri qayıt