Hər məsciddə bir icma olmalıdır - Siyavuş Novruzov

Hər məsciddə bir icma olmalıdır - Siyavuş Novruzov

Ölkədə 970 dini qurum qeydiyyatdan keçib. Azərbaycanda isə 2463 məscid var. Qanunla hər bir məsciddə icma olmalıdır. ONN media  xəbər verir ki, bu sözləri parlamentdə müzakirə olunan “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişikliklər mövzusunda çıxış edən Komitə sədri Siyavuş Novruzov deyib. Azərbaycanda 765 pir olduğunu xatırladan komitə onların qeydiyyat məsələsində problemlər olduğunu nəzərə çatdırıb. Onun fikrincə, bu problemi həll etmək üçün işlər həyata keçirilməlidir.

Geri qayıt