Şirvanda ŞOK: Arvad ərini bellə döydü

Şirvan şəhərində döyülmə hadisəsi baş verib. ONN media xəbər verir ki, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Rövşən Mikayıl oğlu Abdullayev həyat yoldaşı tərəfindən bellə döyülərək müxtəlif xəsarətlər alıb. O, Şirvan şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib. Faktla bağlı araşdırma aparılır.