Rusiya helikopteri Ukrayna sərhədini pozdu - NİYƏ VURULMADI?

Rusiyaya məxsus Mİ-8 helikopteri Ukrayna sərhədini pozub. ONN media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəisi general-mayor Sergey Deyneko danışıb. "Helikopter Ukrayna ərazisinə təxminən 50 metr məsafədə daxil oldu, bir dəqiqədən az müddətdə ərazimizdə idi", - Deyneko deyib. O, helikopteri niyə vurmadıqlarını belə izah edib: "İlk növbədə belə bir vasitənin məhv edilməsi üçün Ukraynanın bütün sərhəd dəstələrində portativ zenit-raket sisteminə ehtiyac var. Əlavə olaraq, iki dövlət arasındakı sərhəd təyin olunmadığı üçün səhv ehtimalı yüksəkdir".