Türkiyədə daha 356 nəfər virusun qurbanı oldu

Türkiyədə son 24 saat ərzində 356 nəfər koronavirusdan vəfat edib. Sutka ərzində ölkə miqyasında 229 491 COVID-19 testi həyata keçirilib və 26 476 yeni yoluxma faktı aşkarlanıb. Sağalanlara gəlincə, 35 464 nəfərin müalicəsi və ya karantin müddəti başa çatıb. Hazırda 2 414 nəfər intensiv terapiya və reanimasiya şöbələrində müalicə alır. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.