Rus-erməni birləşmiş qoşunu buna xidmət edir – Lavrov
Moskva və İrəvan hərbi-texniki əməkdaşlığın davamının vacibliyini qeyd edir. ONN media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Hərbi və hərbi-texniki sahədə əməkdaşlığın vacibliyini qeyd etdik. Cənubi Qafqazda sülhün dəstəklənməsinə, 102-ci baza, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması xidmət edir”, – deyə o bildirib.
