Qətərdən Misir və Səudiyyəyə Türkiyə çağır

Qətərdən Misir və Səudiyyəyə Türkiyə çağır

Bölgənin sabitliyə ehtiyacı var. Regionun bütün oyunçuları bir araya gəlməli və gərginlikləri sakitləşdirmək üçün dialoq qurmalıdırlar. ONN media xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman əs-Sani deyib. O, Qətərin müttəfiqi Türkiyənin Səudiyyə Ərəbistanı və Misirlə münasibətləri yaxşılaşdırmaq üçün atdığı addımları alqışlayıb və iki ərəb ölkəsini Ankara ilə yaxınlaşmağa çağırıb. Qeyd edək ki, Türkiyənin xarici işlər nazirinin qarşıdakı həftələrdə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına səfəri gözlənilir.

Geri qayıt