Dövlət Vergi Xidmətində 2 yeni baş idarə yaradıldı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması Baş İdarəsi (Katiblik) ləğv edilib. ONN media bildirir ki, onun bazasında 2 yeni baş idarə - Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) Baş İdarəsi və İnzibati şikayətlərə baxılması Baş İdarəsi yaradılıb. Bununla da, Dövlət Vergi Xidmətinin tərkibindəki strukturların sayı 27-yə çatıb. (report)