Akardan S-400 açıqlaması: Narahatlığımız...
Türkiyədə yerləşdirilən S-400 zenit-raket kompleksləri heç kim üçün təhlükə daşımır. ONN media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. “Hamı bilməlidir ki, bizim yeganə narahatlığımız ölkəmizin hava təhlükəsizliyidir. S-400 hava hücumundan müdafiə sistemi olduğu üçün yalnız raket və ya hava hücumunu məhv etmək üçün istifadə edilə bilər. Bu sistemlər hər hansı hücum xarakteri daşımır”, - Akar bildirib.
