Göygöldə sərxoş sürücü avtomobilini aşırdı

Göygöl rayonunda “VAZ-21021” markalı avtomobil yoldan çıxaraq aşıb.
ONN media xəbər verir ki, hadisə rayonunun girişində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-21021” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafidir.
Sürücünün sərxoş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. / "Report"