Gəncədə təcili tibbi yardım maşınları qəzaya uğradı - YARALILAR VAR

Gəncə şəhərində 2 təcili tibbi yardım maşını toqquşub. ONN media xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Hərəkətdə olan 2 təcili tibbi yardım maşınını toqquşması nəticəsində 1-i həkim olmaqla, 2 nəfər xəsarət alıb. Qəzanın başvermə səbəbləri araşdırılır. / "Report"