Ərdoğan Roma Papası ilə danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransisklə telefon əlaqəsi saxlayıb. ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Tərəflər telefon danışığı zamanı İsraillə Fələstin arasında baş verən toqquşmanı və ikitərəfli münasibətləri müzakirə edib.
