Roma Papası İran XİN başçısını qəbul edib

Roma Papası Fransisk İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. ONN media bildirir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Cavad Zərif İtaliyaya səfəri çərçivəsində Roma Papası ilə görüşüb. Görüşün detalları barədə məlumat verilməyib.