Ağır əməliyyat keçirən Ağadadaş Ağayevin SON DURUMU

Ağır əməliyyat keçirən Ağadadaş Ağayevin SON DURUMU

Xalq artisti Ağadadaş Ağayevin vəziyyəti yaxşılaşmağa doğru gedir. ONN media  xəbər verir ki, bir neçə gün əvvəl Türkiyədə 5 saatlıq ağır əməliyyat keçirən Xalq artistinin səhhəti barədə aparıcı Hacı Nuran Hüseynov İnstaqramda məlumat verib. O, A.Ağayevlə fotosunu paylaşaraq müğənninin səhhətinin yaxşı olduğunu bildirib: “Sizin dualarınız sayəsində Xalq artisti Ağadadaş Ağayev 5 saat davam edən əməliyyatdan sağ-salamat çıxdı. Hazırda qardaşım yaxşıdır, özünü gümrah hiss edir. Dostumun sevinci mənim sevincimdir. Tanrı səni qorusun, əziz dostum... Sən milyonların duasına layiq oğulsan”.

Geri qayıt