Türkiyə və Pakistan XİN başçıları görüşüb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb. ONN media bildirir ki, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.
Görüşdə Türkiyə-Pakistan münasibətləri,Qəzzadakı son vəziyyət və Əfqanıstanda sülh prosesi müzakirə olunub. Görüş Pakistan xarici işlər nazirinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.