Blinken açıqladı: Putin və Baydenin görüşü…

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Baydenin görüşü yaxın həftələrdə baş tuta bilər. ONN media xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib. O bildirib ki, iki liderin görüşüb bir sıra məsələləri üz-üzə müzakirə etmək imkanını vacib hesab edir. Qeyd edək ki, bir müddət əvvəl V.Putinlə C.Bayden arasında görüşün mümkün ev sahibi qismində Bakının adı çəkilirdi.