Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığa dair PLAN İMZALANDI

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, mayın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənovla Azərbaycanda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyət, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət qrupların səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Sonda Z.Həsənov və V.Xrenin əməkdaşlıq sənədi imzalayıblar.