İran özünün superkompüterini təqdim etdi

İran özünün superkompüterini təqdim etdi

İran özünün superkompüterini təqdim edib. ONN media  xəbər verir ki, superkompüterin təqdimatı Tehranın Əmir Kəbir Texnologiyalar Universitetində baş tutub. Məlumata görə, superkompüterin gücünün 1 petaflopsdan çox olduğu vurğulanıb. Bu superkompüterdən süni intellektin hazırlanmasıyla məşğul olan müəssisələrin dəstəklənməsi üçün istifadə ediləcəyi bildirilib. Onun fərqli hədəflərin icrasını, o cümlədən böyük məlumatların, süni intellekt və genetik məlumatların analizini həyata keçirəcəyi bildirilib.

Geri qayıt