Polis və DSX birgə əməliyyat keçirdi

Dövlət Sərhəd Xidməti və Zaqatala rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Danaçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə ONN media -ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Bildirilib ki, ümumi çəkisi 1 ton 600 kiloqram olan 11 000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.