Azərbaycan helikopteri Türkiyədə məcburi eniş etdi - Video

Azərbaycan helikopteri Türkiyədə məcburi eniş etdi - Video


Türkiyə ərazisində keçiriləcək “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak etmək üçün Konya şəhərinə uçuş edən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterdə baş verən cüzi nasazlıq səbəbindən Giresun şəhərində məcburi eniş edib.

Müdafiə Nazirliyi Mətbuat xidmətindən  bildirilib ki, hazırda helikopterdə baş verən problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir və sonra uçuş marşrut üzrə davam edəcək.

Helikopterin ekipajı arasında xəsarət alan yoxdur.

https://youtu.be/f-zKruZ9VKE


Geri qayıt