Bu küçələrdə sıxlıq var

Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildiriblər.
Qeyd olunub ki, xüsusilə Heydər Əliyev prospekti şəhər mərkəzi, Qara Qarayev prospekti “Koroğlu” m/st-sı istiqamətlərində müşahidə olunan sıxlıq avtobusların intervalında gecikmələrə səbəb olub.