Ukrayna ərazisində NATO-nun 7 təlimi... – Zaxarova
NATO-nun Qara dənizdə hərbi aktivliyini artırması və Kiyevlə keçirilən təlimlərin sayını yüksəltməsi Donbasda nizamlamaya kömək etməyəcək. ONN media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, NATO-nun Qara dənizdə son 25 ilin ən böyük təlimini (Defender Europe-21) keçirdiyini bildirib: “Ukraynanın ərazisində 2021-ci ildə NATO-nun 7 təlimi planlaşdırılıb, yəni hər 1,5-2 aya bir hərbi təlim düşür. Bütün bunlar Ukraynadaxili nizamlamaya xidmət etmir”.
