Tahir Salahovun dəfn ediləcəyi tarix və yer açıqlandı

Tahir Salahovun dəfn ediləcəyi tarix və yer açıqlandı

Almaniyada dünyasını dəyişən Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun cənazəsi sabah Vətənə gətiriləcək.

Bunu mərhumun bacısı Zərifə Salahova deyib.

Onun sözlərinə görə, cənazə mayın 23-də gecə saatlarında AZAL-a məxsus təyyarə ilə Frakfurtdan Bakıya yola salınacaq.

Z.Salahova qeyd edib ki, T.Salahovun mayın 24-də Birinci Fəxri xiyabanda dəfn edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Xalq rəssamı mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında dünyasını dəyişib. (report)

Geri qayıt