Türkiyə ordusu 6 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyada terrorçuları məhv edib. ONN media xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, “Barış pınarı” əməliyyat zonasında PKK/YPG terror qruplaşmasının 6 terrorçusu məhv edilib. Məlumata görə, terrorçular əməliyyat zonasına hücuma hazırlaşırmış.