Bəhram Bağırzadənin bu sözləri MÜZAKİRƏYƏ SƏBƏB OLDU

Əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkədə yayımladığı sözlər müzakirələrə səbəb olub. ONN media xəbər verir ki, aktyor "Pulsuz kişini yalnız anası sevə bilər" sözləri ilə qalmaqala səbəb olub. Bir çoxları onun bu fikri ilə razılaşmayıb, kişiləri təhqir etdiyini bildirib. Bəziləri isə aktyorun sözlərinə haqq qazandıraraq "Heç anası da pulsuz kişini sevmir" yazıb.