İraqda hərbi-hava bazasına raket zərbəsi endirildi

İraqda beynəlxalq koalisiya qüvvələrinin istifadə etdiyi Əyn-əl-Əsəd hərbi-hava bazasına raket zərbəsi endirilib. Ənbarda yerləşən bazaya azı bir raket düşüb. Daha iki raket bazaya çatmamış partlayıb. Zərbənin fəsadları və ya itkilər barədə məlumat verilməyib. Əyn-əl-Əsəd hərbi-hava bazası paytaxt Bağdaddan 110 kilometr qərbdə yerləşir. Qeyd edək ki, bazada ABŞ hərbçiləri yerləşdirilib.