Bakının küçə və prospektlərini tıxac bürüyüb

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
ONN media BNA-ya istinadən xəbər verir ki, sıxlıq olan küçə və prospektlərdə müntəzəm və ekspress xətlər üzrə avtobuaların hərəkətində çətinliklər müşahidə olunur. Hərəkət intervalında gecikmələr var.
Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunan əsas küçə və prospektlər;
Heydər Əliyev prospekti şəhər istiqamətində
Qara Qarayev prospekti “Koroğlu” istiqamətində
Qələbə dairəsi ətrafı
Yusif Səfərov küçəsi
Afiyəddin Cəlilov küçəsi.