Azərbaycanda yalnız bu şəxslər toylara GEDƏ BİLƏCƏK

Azərbaycanda COVİD pasportu və immunitet sertifikatı almış şəxslərin gedə biləcəkləri məkanlar məlum olub. ONN media xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O bildirib ki, həmin şəxslər toylara, idman zallarına, teatr, kinoteatr və şənlik məkanlarına maneəsiz giriş edə biləcəklər.