Bakıda iki maşın toqquşdu - xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. ONN media xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Mirzəzadə Elnur Ceyhun oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.