Suriyada prezident seçkisi başladı

Suriyada prezident seçkisində səsverməyə start verilib.
ONN media xəbər verir ki, bu məlumatı SANA agentliyi yayıb. Seçki məntəqələrinin səhər 07:00-da açıldığı və 19:00-a qədər fəaliyyət göstərəcəyi bildirilib.
Seçkidə 3 namizədin mübarizə apardığı vurğulanıb. Bunlar hazırkı prezident Bəşər Əsəd, Sosialistlər Partiyasından olan eks-deputat Abdulla Salyum Abdulla və Mahmud Əhməd Muraidir.