Deputat şirkətdəki payının bir hissəsini satıb

“BOKT Embafinans” QSC səhmdarlarının pay bölgüsündə dəyişiklik olub. ONN media bildirir ki, bank olmayan kredit təşkilatının səhmdarları Elşad Abbasov və Məşhur Məmmədov cəmiyyətdəki payını azaldıb. E. Abbasovun payı 60%-dən 51%-ə, M. Məmmədovun payı isə 40%-dən 35%-ə enib. Həmçinin kredit təşkilatına yeni bir səhmdar gəlib. Belə ki, Polyakova Tamara BOKT-dən 14% pay alıb. Qeyd edək ki, 2020-ci ildə BOKT yeni səhm buraxmayıb. Xatırladaq ki, Məşhur Məmmədov Milli Məclisin VI çağırış deputatı, Milli Məclisin İntizam Komissiyasının üzvüdür.(ölkə.az)