Hər rübdə köçürülən vəsaitlərdən niyə 5 min manat tutulur? - Deputat

Milli Məclisin bugünkü plenar iclasında Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Maliyyə naziri Samir Şərifovdan partiyalara ayrılan pullardan 5 min manat kəsilməsinin səbəbini soruşub. ONN media xəbər verir ki, partiya sədri rüblük ödənişlərdə partiyalara köçürülən vəsaitdə 5 min manat kəsir olduğunu bildirib. Tahir Kərimli nazirə sualla müraciət edib: “Deyirsiniz hər il partiyalara 4 milyon manat ayrılır, bəs hər rübdə köçürülən vəsaitlərdən niyə 5 min manat tutulur? Bunu heç cür başa düşə bilmirəm”.