Türkiyənin Bakıdakı Səfirliyindən bayram təbriki

Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib. ONN media xəbər verir ki, səfirliyin "Facebook"dakı səhifəsində paylaşılan təbrikdə deyilir: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” - M.Ə.Rəsulzadə. Dost və qardaş Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May - Respublika günü münasibətilə təbrik edir, dövlət müstəqilliyi və suverenliyinin əbədi olmasını arzu edirik”.