SON DƏQİQƏ: Türkiyə ordusu ŞƏHİD VERDİ

Türkiyənin Ağrı əyalətinin Doğubayazıt rayonunda keçirilən “Eren-15” əməliyyatı zamanı atışma baş verib. ONN media Türkiyə Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, silahlı insident zamanı jandarma qüvvələrinin əməkdaşı ağır yaralanıb. Helikopterlə Doğubayazıt Dövlət Xəstəxanasına çatdırılan əsgərin həyatını xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!