Erməni ordusunda korona böhranı: sürətlə yayılır
Ermənistan ordusunun Gorus rayonunda dislokasiya olan bölmələrindən birində əsgərlər arasında COVİD-19 infeksiyası sürətlə yayılıb. ONN media xəbər verir ki, hərbi qulluqçular K.Gevorkyan və D.Petrosyan koronovirusa yoluxduqlarından bir neçə gündür yüksək temperaturdan əziyyət çəkirlər. Lakin postlarda şəxsi heyət çatışmadığından onlar tibb müəssisəsinə göndərilmir. Əsgərlərə hərarət endirən və ağrıkəsici iynələr vuraraq, onları yenidən postda qalxıb xidmət aparmağa məcbur edirlər. Dözülməz vəziyyətlə üzləşən əsgərlər belə davam edərsə, ya fərarilik, ya da özlərinə qəsd edəcəklərini bildiriblər.
