Azərbaycanda QANDONDURAN HADİSƏ: 85 yaşlı qadının əl-qolunu bağlayıb tövlədə... - VİDEO

Gədəbəydə 85 yaşlı qadının tövlədə saxlanılmasına dair görüntülər yayılıb. ONN media xəbər verir ki, məsələni "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə ictimailəşdirib. İddia olunur ki, həmin qadının pensiya kartı əlindən alınıb. Daha sonra onun əllərini bağlayaraq tövlədə saxlayıblar. "3 gün öncə ahıl bir qadının şiddət görməsi ilə bağlı yazı paylaşmışdım. Aidiyyəti qurumları işarələmişdim. Həmin qurumlardan da əlaqə saxlamamı, qadın haqqında məlumatları onlara verməyimi bildirəndə dərhal göndərdim. Harada yaşayır, kim ona işgəncə verir, vəziyyəti barədə bildiklərimi göndərdim. Mənə dedilər ki, biz dərhal nümayəndələrimizi göndərəcəyik araşdıracaqlar. Ancaq Səkinə xalanın pensiya kartını mənimsəyən və işgəncə verən bu dəfə onu qardaşına məxsus tövlədə ac-susuz və əli-qolu bağlı vəziyyətdə, boğazına kəndir keçirilmiş halda saxlayır. Mənə verilən məlumata görə, Səkinə xala Gədəbəy rayonunun İvanovka kəndində Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalır. Dəfələrlə qadınla bağlı kənd camaatının müdaxiləsi də olub, amma nə fayda...", - K.Ağazadə qeyd edib. https://youtu.be/ggyLUN5BzdA