Azərbaycanda fermadan 176 qoyun oğurlandı

Sabirabadda mal-qara oğrusu tutulub. ONN media xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də Muğan Gəncəli kəndi ərazisində Neftçala rayon sakini M.Əliyevə məxsus fermadan 176 baş qoyun oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini T.Bayramov və Gəncə şəhər sakini V.İsrafilov saxlanılıblar. Araşdırmalar davam etdirilir.