Rusiya və İran hərbi sahədə razılaşdılar

Rusiya və İran hərbi sahədə razılaşdılar

İran müdafiə nazirinin müavini, briqada generalı Xocatulla Qüreyşi Moskvaya səfər edib. ONN media  xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. O, Moskvada Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fominlə görüşüb. Tərəflər arasında əsas müzakirə mövzusu hərbi və hərbi texniki əməkdaşlıq, regional təhlükəsizlik məsələləri olub. Onlar müdafiə sferasında əlaqələrin inkişafı və dialoqun dərinləşdirilməsini təsdiqləyiblər.

Geri qayıt