İranda neftayırma zavodunda GÜCLÜ YANĞIN

Bir neçə saat əvvəl Tehran şəhərinin yaxınlığında fəaliyyət göstərən neftayırma zavodunda güclü yanğın baş verib. ONN media xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları gəlib. Yanğınla əlaqədar olaraq zavod fəaliyyətini tam olaraq dayandırıb. Yanğın zamanı ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Araşdırma aparılır.