Ərdoğan-Bayden görüşünün tarixi və yeri AÇIQLANDI

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ABŞ-lı həmkarı Co Bayden arasında baş tutacaq ilk görüşün zamanı və məkanı məlum olub.
Bu barədə "Anadolu" Agentliyi Ağ Evə istinadla məlumat yayıb.
Bildirilib ki, ölkə liderləri iyunun 14-də NATO zirvə toplantısı çərçivəsində Brüsseldə görüşəcəklər.
Görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlərin də müzakirə ediləcəyi qeyd olunub.