Qırğız prezidentin korteji qəzaya düşdü

Qırğız prezidentin korteji qəzaya düşdü

Qırğızıstan Prezidenti Sadır Japarovun avtomobil korteji bu gün Issık-Kul bölgəsində qəzaya uğrayıb.

ONN media xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qəza nəticəsində Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin 9-cu şöbəsinin əməkdaşı həlak olub, daha 3 nəfər isə xəsarət alıb. Prezidentin isə hər hansı xəsarət almadığı bildirilib.

İlkin məlumata görə, qarşıdan gələn avtomobilin sürücüsünün sərxoş vəziyyətdə olması qəzaya səbəb olub.

Geri qayıt