Ermənistan MSK Köçəryanın plakatlarını sökdürür

Ermənistan MSK Köçəryanın plakatlarını sökdürür

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Robert Köçəryanın növbədənkənar parlament seçkiləri öncəsi təbliğat plakatlarını çıxartmaq barədə qərar verib. ONN media  xəbər verir ki, sabiq prezident Köçəryan  MSK-nı kitabı barədə reklam palkatlarını çıxartmaq barədəki qərarından məhkəməyə müraciət edib. Ermənistan MSK sədri  Tiqran Mukuçyan jurnalistlərə açıqlamasında məsələyə aydınlıq gətirərək deyib ki, 5 kv.m sahədən artıq bütün təbliğat plakatları çıxarılacaq. Onun sözlərinə görə, reklam plakatları 5 kv.m sahədən çox yer tutmamalıdır və xüsusi yerlərdə yerləşdirilməlidir. MSK sədri onu da əlavə edib ki, təkcə Köçəryanın deyil, eyni zamanda Tiqran Arzakantsyanın da reklam plakaltları söküləcək.(ölke.az)

Geri qayıt