Əfqanıstanda yanlış hava zərbələri: 12 nəfər öldü, 8 nəfər yoxa çıxdı
Əfqanıstan təhlükəsizlik qüvvələrinin yanlış hava zərbələri 12 nəfərin ölümünə səbəb olub. ONN media xəbər verir ki, hadisə ölkənin Bədəxşan vilayətinin şimal şərqində baş verib. Bildirilir ki, həlak olanlar "Taliban"a qarşı mübarizədə hökumətə dəstək verən ictimai qruplaşmanın üzvləridir. Ölənlər arasında qruplaşmanın komandiri də var. Qeyd edilir ki, qruplaşmanın 8 üzvü itkin sayılır.
