Bu ölkədə nazir "Twitter" istifadəçilərini HƏDƏLƏDİ

Bu ölkədə nazir "Twitter" istifadəçilərini HƏDƏLƏDİ

Nigeriyanın baş prokuroru, ölkədə sosial şəbəkənin bloklanmasına baxmayaraq VPN xidmətləri vasitəsi ilə mesaj göndərməyə davam edən "Twitter" istifadəçilərini mühakimə etməklə hədələyib. ONN media  xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb. Qeyd edilir ki, ölkədəki mobil operatorlar əvvəllər də səlahiyyətli şəxslərin istəyi ilə Twitter-ə girişi dayandırmışdılar. Bildirilir ki, hazırki qərar qeyri-müəyyən müddətə verilib. Hökumət sosial şəbəkənin “təxribatçı” fəaliyyətlər üçün istifadə edildiyini bildirir.

Geri qayıt