5 bal gücündə zəlzələ baş verdi - SON DƏQİQƏ

5 bal gücündə zəlzələ baş verdi - SON DƏQİQƏ

İranın İraqla sərhədində yerləşən İlam əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi açıqlama yayıb.

Məlumata görə, episentri İlam əyalətinin Salih Abad şəhəri olan zəlzələ yerli vaxtla 09:24-də qeydə alınıb.

Yeraltı təkanların 9 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.

Geri qayıt