Ramiz Mehdiyev AMEA-da bu idarəni ləğv etdi

AMEA-da struktur dəyişikliyi olub .
ONN media xəbər verir ki, AMEA-nın Hüquq və kadrlar idarəsi ləğv edilib.
Onun əvəzində isə iki şöbə - Hüquq Şöbəsi və Kadrlar Şöbəsi yaradılıb. Xəbəri AMEA-nın İctimaiyyətlə əlaqələr və analitik informasiya sektorunun müdiri Leyli Namiqqızı Unikal.org-a təsdiqləyib.
Xatırladaq ki, AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi Rasim Ağasiyev bir ay öncə vəzifəindən azad edilmişdi.