Mahir Emreli "Legiya" ilə müqavilə imzaladı

Polşanın "Legiya" komandası Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə müqavilə bağlayıb.
ONN media klubun rəsmi saytına istinadla xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçu ilə 3 illik sözləşmə imzalayıb.
Forvard yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.