Şabranda kanalda kişi meyiti tapıldı

Şabranda kanalda kişi meyiti tapıldı

Şabran rayonunun Gəndov kəndi ərazisində - Vəlvələçay-Taxtakörpü kanalında naməlum kişi meyiti aşkarlanıb.

ONN media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri qayıt