İrandan Qərblə gərginliyi artıracaq addım

İrandan Qərblə gərginliyi artıracaq addım

İran Atom Enerji Təşkilatı uranın zənginləşdirilməsi istiqamətində işlərini davam etdirir.

ONN media xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii deyib.

O bildirib ki, bu ana qədər 60 faiz zənginləşdirilən uranın miqdarı təxminən 6,5 kiloqrama, 20 faiz zənginləşdirilən uranın miqdarı isə 108 kiloqrama çatıb:

“Uranın zənginləşdirilməsi İran parlamentinin nəzərdə tutduğu vaxtdan daha sürətli həyata keçirilir”.

Ə.Rəbii ABŞ sanksiyalarına baxmayaraq, bir çox sahələrdə irəliləyiş əldə etdiklərini də açıqlayıb.

Geri qayıt